Auksionlarda iştirak etmək üçün Qeydiyyatdan keçmək lazımdır. | Sayt inkişaf mərhələsindədir. Dəstək olaq.
IMG-LOGO
ICON 0
  • İzləmə siyahısı boşdur.

İstifadəçi Razılaşması

* Canliherrac.az alış-satışlara görə istifadəçilərdən komissiya ALMIR.
* Mәhsulu hәrraca çıxarmaq PULSUZDUR!
* Canlıherrac.az-da digər elan saytları kimi mobil nömrəniz hərkəsə açıq elan edilmir. Nəticədə ciddi olmayan şəxslər sizi narahat etməyəcək və yalnız hərracın qalibinə (ən çox pul təklif edənə) nömrəniz hərrac müddəti bitdikdə görünəcək. Müddəti siz təyin edirsiniz. Qeydiyyatdan keçib ciddi hərrac saytının imkanlarından PULSUZ yararlanın.

Hərrac yaradıcısı (hərracda satmaq) üçün qaydalar və gizlilik.

* Sizin mobil nömrənizi yalnız hərracın qalibi olan şəxs görə bilər və yalnız siz, sizin hərraca qiymət təklifi edən şəxslərin nömrələrini görə bilərsiniz.

1. Hərracda qiymət azdan çoxa doğru istifadəçilər tərəfindən təklif olunduğu üçün heç kim sizdən endirim tələb etməyəcək və buna görə də siz "Başlanğıc qiymətini" ən minimum qiymətə qoymalısınız. Məs.: Bir məhsulu 55 manata satmağı düşünürsünüz. Satarkən alıcı tərəfindən endirim tələb olunacağı da məlumdur. Buna görə də minimum nəzərdə tutduğunuz dəyər 45 manatdırsa 44 manatdan hərraca qoysanız məhsulunuz ən azı 45 manata satılacaq və heç kim sizdən endirim tələb etməyəcək.

2. Hərracda satacağınız əşyanın hal-hazırki real görüntülərini yerləşdirməlisiniz.

3. Əşyanın şəklini çəkərkən hər tərəfdən çəkməli, əgər qüsurlu hissələri varsa onları da çəkməli və məlumat hissədə qüsurları haqqında qeyd etməyiniz vacibdir.

4. Hərrac yaratdıqdan sonra hərraca təyin etdiyiniz vaxt bitib qalib müəyyən olunana kimi əşyanı özünüzdə saxlamalı və hərracın qalibininin sizə zəngini gözləməli vəya özünüz ona zəng etməlisiniz. -Necə? -Hərracın qalibinə sizin nömrəniz sistem tərəfindən avtomatik göstəriləcək. Hərracın qalibinin zəngini gözləməyə ehtiyac yoxdur. Həmçinin siz də «Mənim Hesabım» ⇨ «Bitmiş Hərraclarım» bölməsindən hərracın qalibinin adına klikləyib profilindən nömrəsini görə bilərsiniz.

Hərracda alıcılar (hərracda almaq) üçün qaydalar və gizlilik.

* Sizin mobil nömrənizi yalnız hərracına qiymət təklifi etdiyiniz hərrac yaradıcısı görə bilər.

1. Hərraca təklif etdiyiniz hər qiymət adınızdan təklif olunur və doğruluğuna görə məsuliyyət daşımış olursunuz.

2. Əgər hərracın qalibi olduğunuz halda alacağınız əşya şəkildəki ilə eyni olmazsa və başqa uyğunsuzluqlar aşkar olunarsa hərracın İD nömrəsin vəya linkini saytın aşağısında olan bizimlə əlaqə qutusundan bildirə bilərsiniz.

3. Əgər hərracın qalibisinizsə (hərracın vaxtı bitənə qədər qüvvədə olan ən yüksək təklifin sahibisinizsə) Hərrac başa çatdıqdan 2 gün ərzində hərracçı (satıcı) ilə əlaqə saxlamalısınız. Hərracçının əlaqə nömrəsi həmin hərraca girərkən sizə sistem tərəfindən avtomatik göstəriləcək. Qiymət təklifi etdiyiniz hərracları «Mənim Hesabım» ⇨ «Təkliflərim» bölməsindən görə bilərsiniz.